d7cb89da-e0a2-40ff-b4cc-35ede81f95ac..jpg

Küveyt mediasında Qərbi Azərbaycan həqiqətlərindən bəhs olunub – FOTO

Baxış sayı: 540 dəfə baxılıb.

Küveyt mediasında Qərbi Azərbaycan həqiqətlərindən bəhs olunub – FOTO

Küveytin “q8-press.com” xəbər saytında “Qərbi Azərbaycana qayıdış” sərlövhəli
məqalə dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, məqalədə çar Rusiyası
tərəfindən Azərbaycanın əzəli torpaqlarında məskunlaşdırılan ermənilərin
ölkəmizə qarşı düşmənliyinin 200 illik tarixindən və Ermənistanın XX əsrdə
azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti yürütməsindən
bəhs olunub: “Ermənilər məskunlaşdıqları ilk gündən Azərbaycan toponimlərini
dəyişməyə başlayıb, münbit əraziləri ələ keçirməyə çalışıb, əksəriyyət təşkil
etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırıblar.
Azərbaycanlılara qarşı etnik dözümsüzlük çar Rusiyası süqut etdikdən sonra da
davam edib”.

Məqalədə, həmçinin soydaşlarımızın Qərbi Azərbaycandan zorla çıxarılmasının
tarixi təsvir edilib, Prezident İlham Əliyevin ötən ilin 24 dekabr tarixində
Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü yada salınıb. Yazıda dövlət
başçımızın Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Qərbi
Azərbaycan İcmasının indiki Ermənistana qayıdışına dair hüququnun beynəlxalq
müstəvidə reallaşdırılması istiqamətində tövsiyələri yer alıb.

Qərbi Azərbaycan İcmasının son dövrdəki aktiv fəaliyyəti, Qərbi Azərbaycana
“Qayıdış Konsepsiyası” haqqında da məlumat verilib. “Konsepsiya indiki
Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün
İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra
tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa,
aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün
bərqərar olunmasına xidmət edir”, – deyə məqalədə qeyd edilib.

Source link