685efaa1-c697-4c7f-b527-479f42123411..jpg

Lənkəranda 44 yaşlı kişi arvadı ilə dalaşdı, oğluna xəsarət yetirdi – TƏFƏRRÜAT

Baxış sayı: 575 dəfə baxılıb.

Lənkəranda 44 yaşlı kişi arvadı ilə dalaşdı, oğluna xəsarət yetirdi – TƏFƏRRÜAT

Lənkəranda 1979-cu il təvəllüdlü Tahir oğlu Fəridə (adlar şərti verilib –
red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu il mayın 9-da Lənkəran
rayonu, Balıqçılar qəsəbəsində baş verib.

Tahir azyaşlı oğlu Fəridi vuraraq ona xəsarət yetirib. Hadisəni törədən
Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət
yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Tahir ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Lənkəran rayonu,
Balıqçılar qəsəbəsində yerləşən özlərinə məxsus fərdi yaşayış evində ailə ilə
birgə yaşayıb:

“Mayın 9-da, saat 21 radələrində spirtli içkinin təsiri altında olarkən
arvadımla mübahisə edən vaxt əsəbiləşdim. Stolun üstündə olan stəkanı bizi
ayırmağa çalışan oğlumun üstünə atdım”.

İş üzrə zərərçəkmiş Fəridin sözlərinə görə, mayın 9-da, saat 21 radələrində
atası spirtli içkinin təsiri altında olarkən anası ilə mübahisə edib:

“Bu vaxt atamla anamı ayırmağa çalışdım. Həmin vaxt atam əsəbiləşərək stolun
üstündə olan stəkanı üstümə atdı”.

Bu cinayət işinə Lənkəran Rayon Məhkəməsində baxılıb. Məhkəmə
təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan
şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Tahirin barəsində olan cinayət
təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Source link