f0df5942-e1f4-4db1-944f-e01f16192a82..jpg

Lənkəranda qanunsuz olaraq tikinti işlərinin aparılması faktı ilə bağlı cinayət işi başlanılıb

Baxış sayı: 573 dəfə baxılıb.

Lənkəranda qanunsuz olaraq tikinti işlərinin aparılması faktı ilə bağlı
cinayət işi başlanılıb

Lənkəranda qanunsuz olaraq tikinti işlərinin aparılması faktı ilə bağlı
cinayət işi başlanılıb.

Bu barədə Lənkəran Rayon Prokurorluğundan məlumat verilib.

Lənkəran şəhəri ərazisində qanunsuz olaraq çoxmənzilli yaşayış binasının inşa
edilməsi barədə məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

İlkin araşdırma zamanı fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Hünər
Hadızadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Lənkəran şəhəri
ərazisində layihədən kənar aparılan tikinti-quraşdırma işlərinin dayandırılması
barədə qərarı qərəzli olaraq icra etməməsi, həmçinin tikintiyə dair normaları
pozaraq aidiyyəti dövlət qurumlarının rəyi olmadan qanunsuz olaraq çoxmənzilli
yaşayış binası inşa etdirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 222-3 (qanunvericiliklə müəyyən olunmuş
qaydaları pozmaqla aparılan tikinti işlərinin dayandırılması barədə dövlət
orqanlarının qərarlarını qərəzli olaraq icra etməmə) və 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Source link