1f16ad6c-e532-4bc1-becd-2ba7b04a2ea8..jpg

“Laçın” sərhəd-buraxılış məntəqəsindən istifadə edənlərin sayı bilindi

Baxış sayı: 520 dəfə baxılıb.

“Laçın” sərhəd-buraxılış məntəqəsindən istifadə edənlərin sayı bilindi

“Azərbaycanın Laçın yolunda sərhəd-buraxılış məntəqəsi yaratması bu qanunsuz
əməllərə son qoymaq üçün zəruri tədbir idi”.

APA xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəsi,
səfir Rövşən Sadıqbəyli qurumun Daimi Şurasının iclasında Ermənistan XİN
rəhbərinə cavabında deyib.

“Eyni zamanda, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hər
iki istiqamətdə şəffaf və nizamlı keçidi üçün müvafiq şərait yaradılıb.
Sərhəd-buraxılış məntəqəsinin yaradıldığı tarixdən – aprelin 23-dən indiyədək
Ermənistan tərəfinin onları bu keçiddən istifadədən çəkindirmək üçün apardığı
cəhdlərə və yalan təbliğata baxmayaraq, 1927 nəfər buraxılış məntəqəsindən
istifadə edərək sərhədi keçib”, – səfir qeyd edib.

Source link