3fb2ed43-f9fd-452a-a5fd-322cd0686263..jpg

Laçın-Xankəndi yolunda günün diqqət çəkən məqamı

Baxış sayı: 1. 032 dəfə baxılıb.

Laçın-Xankəndi yolunda günün diqqət çəkən məqamı

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının
dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin
keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü ekofəalların və
gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında
da ruh yüksəkliyi ilə davam edir. Haqlı etirazlar onu deməyə əsas verir ki, heç
bir kənar təzyiq aksiyanı dayandıra bilməz!

AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda
fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı
Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya
iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini
bildirirlər.

Etirazçılar humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə
heç bir maneə törətmirlər. Bu gün Rusiya sülhməramlı kontingentinə məxsus
avtomobillər Laçın-Xankəndi yolundan keçiblər. Həmin nəqliyyat vasitələrinin
arasında təminat-təchizat, tibbi yardım maşını və minik avtomobilləri olub.

Diqqət çəkən əsas məqam isə aksiya ərazisindən keçən Rusiya sülhməramlılarına
məxsus tibb avtomobili və yol çəkən maşınların digər günlərə nisbətən çox
olmasıdır.

Qeyd edək ki, aksiya ərazisində humanitar məqsədlərlə istifadə olunan
avtomobillərin sərbəst hərəkəti təmin olunur. Ermənistan mətbuatında yayılan və
etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat
avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti
dezinformasiyasıdır.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik
tədbirləri yüksək səviyyədə təşkil olunur.

Gün ərzində Şuşada hava isti keçib, gecə saatlarına doğru isə temperatur aşağı
düşüb. Buna baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş
etdirirlər. Aksiyanın uzanması da onların iradəsinə təsir etmir.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya
başlayıblar.

Source link