6d0295df-dfad-49f9-b737-6e8a3f19c82c..jpg

Laçın-Xankəndi yolundakı aksiya 132 gündür davam edir – FOTO

Baxış sayı: 621 dəfə baxılıb.

Laçın-Xankəndi yolundakı aksiya 132 gündür davam edir – FOTO

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı
qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden
yataqlarının qanunsuz istismarına etiraz olaraq, ekofəallar və QHT təmsilçiləri
Şuşa şəhərində – Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

APA xəbər verir ki, ictimai fəallar aksiyanı gecəboyu da davam etdiriblər.

Bu gün də aksiya iştirakçları günə Azərbaycan Dövlət Himnini səsləndirməklə
başlayıblar.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Source link