da00fa20-83aa-44a2-b95f-f90653572b25..jpg

Laçında atəşfəşanlıq olub – FOTO/VİDEO

Baxış sayı: 411 dəfə baxılıb.

Laçında atəşfəşanlıq olub – FOTO/VİDEO

Avqustun 26-da ilk dəfə keçirilən “Laçın Şəhəri Günü”nün yaddaqalan
məqamlarından biri də axşam saatlarındakı atəşfəşanlıq olub.

Cixisyolu.com xəbər verir ki, möhtəşəm atəşfəşanlığı şəhərin hər bir tərəfindən
izləmək mümkün olub.

Atəşfəşanlıq böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun
dəstəyi ilə işğaldan azad edilmiş Laçında avqustun 26-sı və 27-si üçün zəngin
proqram hazırlanıb. İki gün davam edəcək tədbirlər Bayraq Meydanı, Həkəri
çayının sahili və yeni Bulvarın mənzərəli terrası da daxil olmaqla bütün
şəhərin mərkəzini əhatə edəcək.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 iyul
2023-cü il tarixli sərəncamı ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi
qələbənin əbədiləşdirilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə şəhər
günləri təsis edilib.

Source link