d4b8ba31-22a5-44d4-9aac-9391efa73f17..jpg

Laçında çoban minaya düşdü – YENİLƏNİB + VİDEO

Baxış sayı: 706 dəfə baxılıb.

Laçında çoban minaya düşdü – YENİLƏNİB + VİDEO

Minaya düşən şəxsin Kənd Təsərrüfatı Nazirliyinin yak təsərrüfatının çobanı
olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyi isə Cixisyolu.com-a yak təsərrüfatının Sus kəndindən
uzaqda yerləşdiyini və orada həmin adda çobanın olmadığını bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən qeyd edilib ki, bu gün Laçın rayonunun
işğaldan azad edilmiş Sus kəndi ərazisində 2001-ci il təvəllüdlü Ramil Əzizağa
oğlu Əzizov mina partlayışı nəticəsində xəsarət alıb:

“Fakt üzrə prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.
Həmin şəxsin icazə ilə orada olub-olmaması ilə bağlı araşdırma bitdikdən sonra
məlumat veriləcək”.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti
məlumatdən isə qeyd edilib ki, Laçın rayonu ərazisində minalardan təmizlənməmiş
ərazisində baş verib:

“Mal-qara otararkən minalanmış əraziyə daxil olma nəticəsində baş verən hadisə
zamanı bir nəfər mülki şəxs xəsarət alıb”.

15:10

Bu gün Laçın rayonu Sus kəndi ərazisində öküz otaran zaman çoban minaya düşüb.

Cixisyolu.com-ın əldə etdiyi məlumata görə, minaya düşən 2001-ci il təvəllüdlü Ramil
Əzizovun sağ ayağının daban hissəsi amputasiya edilib.

Hazırda faktla bağlı araşdırma aparılır.

14:56

Bu gün Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə
minaya düşüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, 2001-ci il
təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb.

O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.
İlhamə Əbülfət

Source link