535d81ce-4454-485d-939b-7fa84718d916..jpg

Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb

Baxış sayı: 609 dəfə baxılıb.

Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb

Böyük Qayıdış proqramı üzrə Laçın rayonuna köçürülən sakinlərin
özünüməşğulluğuna dəstək işləri aparılır.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin
nümayəndələrinin Laçına köçürülən ailələrlə görüşləri zamanı onların
özünüməşğulluq proqramında iştirak imkanları da qiymətləndirilir.

Sakinlərdən ilkin mərhələdə artıq 35 nəfər özünüməşğulluq proqramına cəlb
edilmələri üçün qeydiyyata alınıb. Həmin şəxslər üçün əvvəlcə biznes təlimləri
təşkil ediləcək, iştirakçılara sahibkarlıq fəaliyyəti və müvafiq dəstək
mexanizmləri barədə məlumatlar veriləcək.

Təlimlərdən sonra proqram iştirakçıları proqram çərçivəsində kənd təsərrüfatı,
istehsal, xidmət sahələri üzrə kiçik bizneslərini qurmaları üçün aktivlərlə
təmin olunacaqlar.

Source link