b58ef577-903f-40c4-b8a3-856efe0e4d13..jpg

Latviya prezidenti: “Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır”

Baxış sayı: 754 dəfə baxılıb.

Latviya prezidenti: “Azərbaycan Aİ-nin etibarlı tərəfdaşıdır”

“Azərbaycan enerji təhlükəsizliyinin təmin edilməsində Avropa İttifaqı üçün
mühüm tərəfdaşdır. Biz Aİ ilə Azərbaycan arasında əlaqələrin inkişafında çox
maraqlıyıq”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Latviya Prezidenti
Egils Levits bildirib.

O qeyd edib ki, bir gün qabaq Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə
ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, Ukraynadakı vəziyyət və
Azərbaycanla Aİ arasında münasibətlər müzakirə olunub.

“Azərbaycan xüsusilə enerji təchizatı baxımından Aİ-nin etibarlı tərəfdaşıdır.
Biz Rusiyadan təbii qaz idxalını dayandırdığımız üçün Aİ yeni tədarükçülər
axtarır. Bu baxımdan Azərbaycan Aİ üçün enerji təhlükəsizliyinin təmin
edilməsində mühüm tərəfdaşdır. Biz Aİ ilə Azərbaycan arasında əlaqələrin
inkişafında çox maraqlıyıq”, – Latviya dövlət başçısı vurğulayıb.

O, həmçinin Bakı ilə Riqa arasında ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün
böyük potensialın olduğunu əlavə edib:

“Son illər bununla bağlı müsbət tendensiya var və biz bu istiqamətdə davam
edəcəyik. Latviyanın informasiya texnologiyaları sahəsi çox inkişaf edib və
Azərbaycanın bərpa olunan enerji sahəsində yaxşı potensialı var. Biz elm və
təhsil sahəsində əməkdaşlığın inkişafı üçün də potensial görürük”.

Source link