ddb61052-7cd1-45ec-9f5d-95849b487bfb..jpg

Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin dəyər verdiyi bir lider idi”

Baxış sayı: 1. 041 dəfə baxılıb.

Latviyanın sabiq prezidenti: “Heydər Əliyev görkəmli şəxsiyyət, müasirlərinin
dəyər verdiyi bir lider idi”

“Heydər Əliyev görkəmli şəxsiyyət idi və daim müasirlərinin yüksək dəyər
verdiyi lider təəssüratı doğurub”.

Bunu şənbə günü “Trend”ə Latviyanın sabiq prezidenti, Beynəlxalq Nizami
Gəncəvi Mərkəzinin (NGBM) həmsədri Vayra Vike-Freyberqa “Trend” BİA və NGBM-in
birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

Vayra Vike-Freyberqa 1999-cu ildə Yalta səfəri zamanı Azərbaycanın ovaxtkı
prezidenti Heydər Əliyevlə görüşünü xatırlayaraq onun üçün bu hadisənin nə
qədər xüsusi olduğunu qeyd edib.

“Mən ondan Qafqazdakı vəziyyət, xüsusi şərait, region ölkələrinin öz
müstəqilliklərini qəti şəkildə təsdiqləmək üçün keçməli olduğu çətinliklərlə
bağlı çox şey öyrəndim. O, həmçinin, keçid prosesini hələ sovet dövründən
yüksək vəzifələrdə çalışmış və həmin vaxtlarda avtokratiyadan demokratiyaya
keçidin ardınca gətirəcəyi hiylələri və demokratiyaya nail olmağın necə çətin
olduğunu yüksək səviyyədə anlaya bilən bir dövlət xadiminin nöqteyi-nəzərindən
izah edirdi”,- o deyib.

Source link