Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, tərəflər
üçün gələcək praktiki addımlar qalır”.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda “3+3” formatında
keçirilən xarici işlər nazirlərinin görüşündən sonra bildirib.
Lavrov bəyan edib ki, Rusiya Azərbaycanla Ermənistan arasında delimitasiya
prosesinin başlanmasına faktiki yardım etməyə hazırdır.
“Münaqişə əsasən həll olunub. Hər iki tərəf Qarabağın Azərbaycana məxsus
olması barədə razılığa gəliblər. İndi münasibətlərin tam normallaşması, ilk
növbədə sülh sazişinin hazırlanması üçün əlbəttə ki, əməli addımlar qalır.
Bütün ekspertlər yaxşı bilirlər ki, Ermənistanla Azərbaycan arasında sərhədin
delimitasiyası ilə bağlı müzakirə və razılıq əldə etmək üçün lazım olan hər
şey, o cümlədən, ilk növbədə, sovet dövründən qalan xəritələr Rusiya
Federasiyasındadır. Tərəfdaşlar bunu başa düşürlər. Biz çalışmırıq ki, bundan
böyük problem yaradaq. Qoy onlar istəyirlərsə, Brüsseldə şanslarını sınasınlar,
lakin biz real delimitasiyaya başlamaqda həqiqətən kömək etməyə həmişə
hazırıq”, – Rusiya diplomatik xidmətinin rəhbəri bildirib.
Mənbə: TASS