Londonda Rusiya təyyarəsində axtarış aparıldı

Londonda Rusiya təyyarəsində axtarış aparıldı

Baxış sayı: 4. 150 dəfə baxılıb.

Britaniya təhlükəsizlik qüvvələri hər hansı əsas olmadan London aeroportunda “Aeroflot” hava yolla şirkətinə aid təyyarəyə baxış keçirib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə “RİA Novosti”yə aviaşirkətdən olan mənbə məlumat çatdırıb.

“Britaniya tərəfi təyyarəyə baxış keçirilməsi üçün heç bir əsas göstərməyib. Baxışın başa çatmasından sonra qərara alındı ki, ekipaj üzvləri təyyarəyə əlavə baxış keçirsin. Belə ki, Britaniyalılar axtarış aparan zaman bütün ekipaj üzvlərini təyyarədən düşməyə məcbur etmişdi” deyə agentliyin müsahibi bildirib.

 Rəsmi Moskva insidentlə bağlı sərt reaksiya göstərib. Rusiya xarici işlər nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, London Rusiya laynerində qəfil axtarış aparmaqla, “Skripal işi” ilə əlaqədar xələl gəlmiş nüfuzunu xilas etməyə çalışır.

Zaxarova bunun Britaniyanın növbəti təxribatı olduğunu diqqətə çatdırıb.

Onun sözlərinə görə, insidentdən dərhal sonra RF səfirliyinin əməkdaşları hadisə yerinə gedib.

.
www.ÇıxışYolu.Com