“LUKOIL”un Direktorlar Şurasının sədri qəflətən vəfat edib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“LUKOIL”un Direktorlar Şurasının sədri Vladimir Nekrasov bu gün 66 yaşında
qəflətən vəfat edib.
Bu barədə şirkətin Mətbuat Xidməti xəbər verir.
Həkimlərin ilkin rəyinə görə, ölüm kəskin ürək çatışmazlığı nəticəsində baş
verib.
Nekrasov Tümen Sənaye İnstitutunu bitirib. O, 50 ilə yaxın neft-qaz
sənayesində çalışıb, o cümlədən “LUKOIL – Qərbi Sibir” şirkətinə rəhbərlik
edib, “LUKOIL”un birinci vitse-prezidenti, şirkət prezidentinin müşaviri və
Direktorlar Şurasının sədri olub.