Məhbuslar nəzarətçini xilas etdilər – VİDEO

Məhbuslar nəzarətçini xilas etdilər – VİDEO

Baxış sayı: 9. 512 dəfə baxılıb.

ABŞ Ueterford şəhərində keçmiş həbsxana nəzarətçisi infarkt keçirən zaman ona yardım edən məhbuslara təşəkkür edib.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə WFAA məlumat yayıb.

Heri Qrim 2016-cı ilin iyun ayında dairə məhkəməsinin binasında kameraya nəzarət edən zaman huşunu itirib.

Məhbuslar onun halının pisləşdiyi görüb, divarı döyərək, qışqırmağa, yardım çağırmağa başlayıb. Habelə kənardan yardım gözləmədən kameradan çıxıb və bununla şerif  köməkçilərinin diqqətini çəkib. Sonradan məhkəməyə təcili tibbi yardım çağırılıb.

Qrim onun həyatını xilas edən məhbuslara şəxsən təşəkkür edə bilməmişdi. Belə ki, xəstəxanadan çıxan zaman məhbuslar artıq başqa cəzaçəkmə müəssisəsinə göndərilmişdilər.

Habelə hadisədən iki il yarım sonra keçmiş həbsxana keşikçisi bu əhvalat barədə yerli telekanallardan birində danışıb və öz xilaskarlarına təşəkkür edib.  

“Mənim pisliyimi istəsəydilər, sadəcə, yerlərinə oturub, heç nə etməyə bilərdilər”, – deyə Qrim bildirib.

Onun sözlərinə görə, məhbuslar onu öldürə və ya girov götürə, daha sonra isə ərazidən qaça bilərdilər. Ancaq onlar insani jest göstərərək, onun həyatını xilas etməyə qərar veriblər.

www.ÇıxışYolu.Com