Məhkumların səs verməsinə şərait yaradılıb

Məhkumların səs verməsinə şərait yaradılıb

Baxış sayı: 2. 728 dəfə baxılıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında 14 seçki dairəsi üzrə 26 seçki məntəqəsi yaradılıb. 

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov məlumat verib.

M.Sadıqov qeyd edib ki, cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında olan məhkumların, eləcə də, hərbi qulluqçuların səsvermə hüququndan sərbəst şəkildə istifadə etməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

“Məhkumlar və hərbi qulluqçular seçkilərlə bağlı maarifləndirilib.

Penitensiar Xidmətin biri ixtisaslaşmış, digəri geniş profilli olmaqla, iki müalicə müəssisəsi fəaliyyət göstərir.

Seçki günü müalicə müəssisələrində olan məhkumların və hərbi qulluqçuların səs vermələri üçün lazımi tədbirlər görülüb.

Yataq xəstəsi olan məhkumlar dairə seçki komissiyalarının əməkdaşlarının iştirakı ilə səsvermə hüququndan sərbəst şəkildə istifadə edə biləcəklər.

Penitensiar Xidmətin əməkdaşları seçki prosesinə  qarışmayacaqlar”.

M. Sadıqov onu da bildirib ki, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələri və istintaq təcridxanalarında seçki prosesi qanunvericiliyə uyğun və şəffaf şəkildə keçiriləcək.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com