Mərkəzləşdirilmiş Kredit Reyestrində dəyişikliklər olacaq

Mərkəzləşdirilmiş Kredit Reyestrində dəyişikliklər olacaq

Baxış sayı: 2. 445 dəfə baxılıb.

“Kredit büroları haqqında” qanuna dəyişiklik ediləcək. 

ÇıxışYolu.Com xəbər verir ki, dəyişiklik kredit bürosunun fəaliyyətə başlaması ilə əlaqədar qüvvədə olan qanunun tətbiqi zamanı meydana çıxan boşluqların aradan qaldırılması, habelə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Dəyişikliyə əsasən, borcalanlar barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Mərkəzləşdirilmiş Kredit Reyestrində (MKR) olan bütün məlumatlar bu sənədin qüvvəyə mindiyi gündən 3 il müddətində fəaliyyətə başlayan istənilən kredit bürosuna onun müraciəti əsasında birdəfəlik və ödənişsiz veriləcək. Hazırkı qanunda sözügedən müddət iki ildir.

Həmçinin mövcud qanunun 23.3-cü maddəsinə edilməsi planlaşdırılan əlavəyə əsasən, MKR-dən istifadəçilərə məlumat verilməsi bu il aprelin 1-dən dayandırılır. Həmçinin kredit təşkilatları, aralarında hüquq münasibətləri bu ayın sonuna qədər yaranmış cari borcalanlar olan kredit tarixçəsi subyektlərinin kredit hesabatını onların razılığı alınmadan əldə edə bilər.

Eyni zamanda, qanunda kredit tarixçələrinin məlumat bazasından istifadəyə görə xidmət haqqının məbləği müvafiq informasiyanın hazırlanması və təqdim edilməsi üçün çəkilən xərcdən artıq ola bilməz. Dəyişikliklə bu tələb qanundan silinir.

.
www.ÇıxışYolu.Com