2be5ec87-3997-44b8-9cd5-7aa653213613..jpg

Məhkəmə Ramiz Tatarovla bağlı qərar çıxardı

Baxış sayı: 880 dəfə baxılıb.

Məhkəmə Ramiz Tatarovla bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Ağstafanın həbsdə vəfat etmiş sabiq icra
başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun
barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov vəzifə
cinayətləri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən
xüsusi əməliyyatla həbs olunublar.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, Ramiz
Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum ediliblər.

Sonradan Gəncə Apellyasiya Məhkəməsi qərarı ilə Nizaməddin Quliyev vəfat
etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib və onun
600 min manatlıq əmlakı üzərindən həbs götürülüb. Ramiz Tatarovun cəzası isə 8
il 3 aya endirilib. Ali Məhkəmənin qərarına əsasən, Ramiz Tatarovun cəzası
azaldılaraq 6 ilə endirilib.

Source link