75562329-9096-4a22-9269-e77167ab378e..jpg

Məhkəmə zalından azad olunan iş adamının sevinci uzun sürmədi – Prokuror protest verdi

Baxış sayı: 830 dəfə baxılıb.

Məhkəmə zalından azad olunan iş adamının sevinci uzun sürmədi – Prokuror
protest verdi

“Güllübulaq” MMC-nin təsisçisi və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlova
bəraət verilməsi ilə bağlı məhkəmə hökmündən protest verilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, bəzi sosial media səhifələrində “Güllübulaq” MMC-nin təsisçisi
və faktiki rəhbəri olmuş Füzuli Adıgözəlov barəsində Bakı Apellyasiya Məhkəməsi
tərəfindən bəraət hökmünün çıxarılması barədə məlumat yayılıb. Belə ki, Füzuli
Adıgözəlovun Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və
213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə
təqsirləndirilməsi barədə cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı
Mübarizə Baş İdarəsində istintaq edilərək məhkəməyə göndərilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Adıgözəlov təqsirli bilinərək
iki il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul
vəzifə tutmaq hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrumetmə
cəzasına məhkum edilib.

Bakı Apellyasiya Məhkəməsi tərəfindən F.Adıgözəlov barəsində bəraət hökmü
çıxarılaraq məhkəmə iclas zalında həbsdən azad edilib.

Aprelin 27-də bəraət hökmündən dövlət ittihamçısı tərəfindən kassasiya
protesti verilib.

Source link