Məhkumlar məzuniyyətə buraxılırlar: Penitensiar xidmətdən YENİLİK
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məhkumlar məzuniyyətə buraxılıb.
“Unikal”ın məlumatına görə, Penitensiar xidmətin qapalı cəzaçəkmə
müəssisələrində saxlanılan məhkumlar sərbəst şəkildə ailə üzvlərinin yaşadığı
ünvanlara bir neçə günlük qısamüddətli səfərə buraxılıblar.
Səfərlər zamanı məhkumları həbsxana əməkdaşları müşayiət etməyib, məhkumlar
yaxınları ilə görüşüb, təqribən 7-8 gün onlarla birlikdə vaxt keçirdikdən sonra
özləri də sərbəst şəkildə saxlanıldıqları həbsxanalara geri qayıdıblar.
Məlumata əsasən, indiyədək səkkiz nəfər məhkum ailə üzvlərini ziyarət edib və
geri qayıdıb.
Məlumatı Penitensiar xidmətdən də təsdiqləyiblər.