c6168bf8-8c8e-4baf-a4d1-0dd0d959f04c..jpg

Mərdəkanda kişi bıçaqlanıb

Baxış sayı: 754 dəfə baxılıb.

Mərdəkanda kişi bıçaqlanıb

Aprelin 21-də saat 23 radələrində Xəzər rayonunun Mərdəkan qəsəbəsindən
paytaxt sakini Elşad Məmmədovun qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlə
xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Cixisyolu.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat
verilib.

Xəzər RPİ 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Şuşa şəhər
sakini Zaur Xanəliyev müəyyən edilərək saxlanılıb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Source link