9a9296f5-05ae-4bb1-9dc7-5db48138262f..jpg

Mərhum xor artisti Kubra Quliyevanın yaxın dostu: “Bir ildən çoxdur ki, beynində şiş var idi” – AÇIQLAMA

Baxış sayı: 424 dəfə baxılıb.

Mərhum xor artisti Kubra Quliyevanın yaxın dostu: “Bir ildən çoxdur ki,
beynində şiş var idi” – AÇIQLAMA

“Təəssüf ki, çox yaşaya bilmədi”.

Bu sözləri Cixisyolu.com-a açıqlamasında Azərbaycan Dövlət Akademik Musiqili
Teatrının mərhum xor artisti Kubra Quliyevanın yaxın dostuAyan Tohidi deyib.

O qeyd edib ki, mərhum bir ildən çoxdur xəstəliklə mübarizə aparırdı:

“Kubra bizim teatrda xor artisti idi. Bir ildən çoxdur ki, beynində şiş var
idi və bu xəstəliklə mübarizə aparırdı. Dəfələrlə Türkiyədə əməliyyat
olunmuşdu. Təəssüf ki, xəstəliyə tab gətirə bilmədi”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti Kubra
Quliyeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, onun üçün yardım kampaniyaları da təşkil edilmişdi.

Nəzrin Vahid

Source link