4459655d-83f0-481d-a009-f2146677c102..jpg

Mərkəzi Asiya: Yeni “informasiya” fonunda rəqabətin şiddətlənməsi – TƏHLİL

Baxış sayı: 612 dəfə baxılıb.

Mərkəzi Asiya: Yeni “informasiya” fonunda rəqabətin şiddətlənməsi – TƏHLİL
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mərkəzi Asiyaya beynəlxalq güclərin artan marağı Qazaıxıstan üzərindən daha
aydın manipulyasiyalarla hiss edilir.

Rusiya KİV-i və sosial şəbəkələri belə bir məlumat tirajlayıb ki, Qazaxıstanda
NATO mərkəzi açılıb.

Hərçənd ki, NATO-nun Qazaxıstandakı Sülhməramlı Mərkəzi 2006-cı ildən
fəaliyyət göstərir və Qazaxıstanın Müdafiə Nazirliyi tərəfindən idarə olunur.
Onun maliyyəsi isə ABŞ tərəfindən qarşılanıb.

Rusiyanın informasiya əməliyyatı Mərkəzi Asiya üzrə genişlənən gündəliyin arxa
planını göstərir. Rusiya Mərkəzi Asiyanın təhlükəsizlik aparatında önəmli
düymələrə malikdir, hərçənd, indi ABŞ Moskvanın rıçaqlarını əlindən almaqda
qərarlıdır.

Qazaxıstan isə açardır, əsasdır, onunla bağlı hər nüans xüsusi diqqətəlayiq
hadisə və həyəcanverici xüsusiyyətlərə malikdir.

Qazaxıstan Mərkəzi Asiyada ən qüdrətli dövlətdir və onun xarici siyasət üzrə
manevrləri çoxşaxəlidir. Qazaxıstanın strategiyasında Rusiya, Qərb və Çinlə
münasibətlərin sxemi yaxşı tərtib edilib.

Regionun digər dövlətləri – Türkmənistan, Özbəkistan, Qırğızıstan və
Tacikistan isə Qazaxıstan qədər manevrə malik deyillər.

Strateji diqqətlər daha böyük enerji resurslarına malik olan Qazaxıstan,
Türkmənistan və Özbəkistana yönəlir. İlk ikisinə xüsusilə. Yerdə qalan
dövlətlər isə daha çox münaqişəli proseslərdən əziyyət çəkən tərəflərdir və
bunların həlli böyük ölçüdə Rusiyadan asılıdır.

Qərbin münaqişəli mövzulara diqqəti çoxalsa da, o, daha çox enerji resursları
ilə əlaqədar mövzulara önəm verir. Bu mənada Qazaxıstana artan diqqət Rusiyanın
da narazılığına səbəb olur.

Budur ki, Rusiya informasiya dövriyyəsində manipulyasiyalar edir. Görünür ki,
Kreml Qərbin regionla əlaqədar gizli gündəliyindən xəbərdar olduğunu diqqətə
çatdırır.

Xatırlatmaq lazımdır ki, Mərkəzi Asiya liderləri son bir ildə həm Rusiya, həm
Çin, həm də ABŞ-nin liderliyi ilə müzakirələrə qoşulublar.

İndi həm Moskva, həm Vaşinqton, həm də Pekin Mərkəzi Asiyanı öz xəttində
tutmaq yarışına başladıqlarını əyani göstərirlər. Bu, əslində, yeni tendensiya
da deyil, amma Rusiya-Ukrayna, İsrail-HƏMAS müharibələri fonunda forma və
ölçüsünü dəyişir.

Hər üç beynəlxalq gücün nəzərində Mərkəzi Asiyanın qəbul edilmiş strateji
əhəmiyyəti var.

Bu region Şərqlə Qərb arasındakı iqtisadi-ticari mübadiləni, logistikanın və
energetika sahəsinin şaxələnməsini asanlaşdırır.

Ən vacib rəqabət elə həmin resurslara çıxış imkanlarını daimi əsaslarla
saxlamağa yönəlir.

Aqşin Kərimov

Source link