70669203-a8c9-4f44-8f9c-21fe7e219382..jpg

Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə araşdırmalar aparılır – VİDEO

Baxış sayı: 492 dəfə baxılıb.

Madat Babayanın Xocalı soyqırımı ilə bağlı verdiyi məlumatlar üzrə
araşdırmalar aparılır – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan Respublikasının
ərazilərində törətdikləri terrorçuluq və digər ağır cinayətlərlə bağlı
araşdırmalar davam etdirilir.

Bununla bağlı Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.

2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirləri
nəticəsində qanunsuz silahlı birləşmələrə daxil olmaqla “AKM” avtomatı ilə
silahlanıb, mütəşəkkil dəstə halında milli ədavət və düşmənçilik niyyəti ilə
terrorçuluq əməlləri törətməkdə şübhəli bilinən Babayan Madat Arakeli Kəlbəcər
rayonunun Qozlukörpü kəndi ərazisində tərk-silah edilərək saxlanılmışdır.

İstintaq zamanı təqsirləndirilən şəxs Madat Babayan ifadəsində digər
xüsusatlarla yanaşı həmçinin bildirmişdir ki, 1992-ci ilin fevral ayında Xocalı
faciəsinin törədilməsində iştirakçı olmuş, 24 fevral 1992-ci il tarixində
“Xolostoy” ləqəbli Ermənistan silahlı qüvvələrinin polkovnik-leytenantı Arkadi
Şirinyanın rəhbərliyi altında Kəlbəcər rayonunun Çapar, Qozlu və Qozlukörpü
kəndlərinin sakinlərindən ibarət erməni silahlı birləşmələrinin tərkibində
Kəlbəcərin Yayıcı, Heyvalı və Zəylik kəndlərindən gələn digər erməni
silahlıları ilə Xocalı rayonunun Təzəbinə kəndində birləşərək azərbaycanlı
əhalini məhv etmək məqsədilə qabaqcadan qurulmuş plana uyğun olaraq, 25 fevral
1992-ci il tarixində gecə saat 23:00 radələrində Xankəndi şəhərindən Xocalı
şəhəri istiqamətində edilən hücum zamanı xilas olmaq üçün Əsgəran rayonuna
tərəf qaçmaq istəyən, əksəriyyəti qadın, uşaq və qocalar olmuş 150 nəfərdən çox
əliyalın şəxsdən ibarət mülki əhalini həmin ərazidə pusquya salaraq avtomat
silahlarından atəş açmaqla qətlə yetirmişlər.

Eyni zamanda, Madat Babayan 26 fevral 1992-ci il tarixində azərbaycanlıların
meyitlərini yığdıqları zaman Vamik Petrosyan, Şirin Şirinyan və digər dəstə
üzvləri tərəfindən meyitlər üzərində təhqiredici hərəkətlərin törədilməsini,
bundan başqa 100-dən çox mülki Xocalı sakininin əsir düşdüyünü müşahidə
etmişdir.

Madat Babayan 1992-ci il fevralın 26-da Xocalıda olan erməni silahlıları ilə
birlikdə şəhərdə azərbaycanlılara məxsus olan əmlakların talan edilməsi və
törədilən kütləvi insan qırğını faktlarının gizlədilməsini təmin etmək üçün
Xankəndi istiqamətində Xocalı-Ballıca-Xankəndi yolayrıcında silahlı post
qurduqlarını, üç gün sonra isə bu postda xidmət apardığı vaxt Xocalıda qətlə
yetirilən azərbaycanlıların meyitlərinin üç yük avtomobilində gətirildiyini,
həmin postdan təxminən 400 metr məsafədə Qarqar çayının sol sahilində qazılan
əraziyə tökülərək kütləvi basdırıldığını qeyd etmiş, eləcə də 1992-ci ilin
fevral-mart aylarında Xocalıda törədilən talanlar barədə məlumat vermişdir.

İfadənin yerində yoxlanılması istintaq hərəkəti həyata keçirilərkən, Madat
Babayan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani
şəkildə göstərərək bu barədə ətraflı məlumat təqdim etmişdir.

Bundan əlavə Madat Babayan, əsir götürülmüş və qanunsuz olaraq Qozlukörpü kənd
məktəbində saxlanılmış, amansız rəftar və işgəncələr nəticəsində ölmüş
azərbaycanlıların meyitlərini Qozlukörpü kəndində şəxsən dəfn etdiyi yerləri də
göstərmişdir.

Hazırda qeyd olunan və digər əlaqəli cinayətlərlə bağlı kompleks araşdırmalar
aparılır.


Bu gönderiyi Instagram’da gör

Dövlət Təhlükəsizliyi Xidməti (@dtx_azerbaijan)’in paylaştığı bir gönderi

Source link