5c4ddc3f-2625-4c8b-853a-bf644d44572a..jpg

Mahaçqaladakı partlayışda ölənlərin sayı 10 nəfərə çatıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 445 dəfə baxılıb.

Mahaçqaladakı partlayışda ölənlərin sayı 10 nəfərə çatıb – YENİLƏNİB + VİDEO

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki
yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 10
nəfərə çatıb. Onların arasında uşaqlar da var.

Son məlumatlara görə, hadisə nəticəsində 50-dən çox insan yaralanıb.

Bildirilir ki, yanğın yaxınlıqdakı evlərə də keçib. Daha bir partlayış
təhlükəsi var.

00:30

Rusiyanın Dağıstan Respublikasının Mahaçqala şəhərində “Globus” ticarət
mərkəzinin yaxınlığında yerləşən avtoservis binasında partlayış baş verib.

Hadisə nəticəsində azı 3 nəfər ölüb, 10 nəfər yaralanıb.

Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən verilən məlumata görə, xilasetmə
xidmətləri hadisə yerindədir.


Source link