Mahir Emreli “Dinamo”da növbəti qolunu vurub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubunun
heyətində növbəti qolunu vurub.
“Report” xəbər verir ki, 26 yaşlı hücumçu “Oriolik”ə qarşı ölkə kubokunun 1/8
final mərhələsinin oyununda fərqlənib.
Emreli Zaqreb təmsilçisinin heyətində 7-ci qolun müəllifi olub.
Qeyd edək ki, “Dinamo” rəqibini 8:0 hesabı ilə məğlub edib.