Manatla kreditlər bahalaşıb

Manatla kreditlər bahalaşıb

Baxış sayı: 8. 922 dəfə baxılıb.

Bu ilin fevral ayının 1-nə kommersiya banklarında manatla yerləşən depozitlərin orta illik faiz dərəcəsi 10.36%, xarici valyuta ilə depozitlərin orta illik faiz dərəcəsi 2,92% təşkil edib.

ÇıxışYolu.Com Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ilin dekabr ayında manatla yerləşən depozitlərin orta illik faiz dərəcəsi 10.72%,  xarici valyuta ilə depozitlərin orta illik faiz dərəcəsi 3.00% olub. 

Kreditlər üzrə orta faiz dərəcəsinə gəlincə, manatla kreditlərdə bu nisbət 13.35%, xarici valyutada kreditlərdə 9.66% təşkil edib. 

Müqayisə üçün qeyd edək ki, ötən ilin dekabrında manatla kreditlərin orta faiz dərəcəsi 13.20 %, xarici valyutada kreditlərin orta faiz dərəcəsi 9.76 % olub. 

Banklararası kredit faizlərinə gəlincə, manatla kredit faizləri azalıb, xarici valyuta ilə artıb. Belə ki, ötən ilin dekabr ayında  banklararası orta kredit faizləri manatla kreditlərdə 11.80 %, xarici valyutada kreditlərdə 4.93% olmuşdusa, bu ilin yanvar ayında həmin nisbət manatla kreditlərdə 10.77 %, xarici valyutada kreditlərdə 6.46% təşkil edib. 

.
www.ÇıxışYolu.Com