“Mançester Siti”dən Almaniyada əzmkar qələbə – VİDEO

Baxış sayı: 5. 031 dəfə baxılıb.

“Mançester Siti”dən Almaniyada əzmkar qələbə – VİDEO

UEFA Çempionlar Liqasında 1/8 finalın ən bol qollu oyunu keçirilib.

ÇıxışYolu.Com xəbər verir ki, Almaniyanın Qelzenkirxen şəhərində yerli “Şalke” ilə İngiltərə çempionu “Mançester Siti”ni qəbul edib.

Qonaqlar 18-ci dəqiqədə argentinalı Serxyo Aqueronun qolu ilə önə keçsə də, Almaniya klubunun Əlcəzair əsilli fransalı futbolçusu Nabil Bentalib iki dəfə təyin edilmiş penaltidən fərqlənib. Bununla da “Şalke” fasiləyə gözlənilmədən öndə yollanıb.

Lakin Pep Quardiolanın yetirmələri fasilədən sonra əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb. Baxmayaraq ki, hesabda “şəhərlilər” 68-ci dəqiqədə argentinalı mərkəz müdafiəçisi Nikolas Otamendinin meydandan qovulması ilə azlıqda qalıb. Bununla belə, almaniyalı Lerua Sane və Rahim Sterlinqin qolları İngiltərə klubuna möhtəşəm qələbə qazandırıb – 3:2.