ffcdf304-ae46-42f5-b372-aa87522ea7b9..jpg

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Baxış sayı: 723 dəfə baxılıb.

Mariya Stadnik 9-cu dəfə Avropa çempionu oldu

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə
keçirilən Avropa çempionatında final görüşünə çıxıb.

Cixisyolu.com xəbər verir ki, 50 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda
qarşılaşmada ukraynalı Oksana Livaçla üz-üzə gəlib.

Rəqibini 9:4 hesabı ilə məğlub edən Stadnik 9-cu dəfə Avropa çempionu olub.

55 kq-da Elnurə Məmmədova və 59 kq-da Alyona Kolesnik isə 3-cü yer uğrunda
görüşlərdə uduzaraq, medalsız qalıblar.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilər 6 medalla (2 qızıl, 2 gümüş, 2
bürünc) komanda hesabında Avropa çempionu olublar.

Yarış aprelin 23-də başa çatacaq.

Source link