Marqvelaşvili: Gürcüstan Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır

Marqvelaşvili: Gürcüstan Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır

Baxış sayı: 4. 325 dəfə baxılıb.

Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin eskalasiyasına qarşıdır.

ÇıxışYolu.Com APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili “Müstəqillikdən azadlığa – respublikanın 100 illiyi” kampaniyası çərçivəsində Marneulidə azərbaycanlı gənclər və ictimaiyyət nümayəndələri ilə görüşdə deyib.

Görüşün gənc iştirakçılarından biri Giorgi Marqvelaşviliyə bu gün Azərbaycanda Xocalı soyqırımının 26-cı ildönümü olduğunu deyib, bununla bağlı görüşdə faciə qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş edib.

Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilməsə də, suala cavab verən prezident Gürcüstanın Azərbaycan və Ermənistan arasında mövcud münaqişə ilə bağlı vəziyyəti izlədiyini bildirib.

G. Marqvelaşvili Gürcüstanın Dağlıq Qarabağ münaqişənin dinc yolla və sülh şəraitində həll olunmasının tərəfdarı olduğunu deyib. 

Rayonun məşğulluq mərkəzində keçirilmiş görüşdə dövlət başçısı bu ilin respublikanın yaranmasının 100 illiyinin qeyd olunması baxımından Gürcüstan üçün əhəmiyyətli olduğunu bildirib.

O, Gürcüstanın tarix boyu və müasir dövrdə üzləşdiyi çağırışlar, ölkə ərazisinin Rusiya tərəfindən işğalının yaratdığı problemlər barədə danışıb və görüş iştirakçılarını maraqlandıran  suallara cavab verib.

G. Marqvelaşvili bildirib ki, Gürcüstanın azərbaycanlı vətəndaşları cəmiyyətdə çox fəaldırlar.

O, gənclərin ilk respublikanın yaranmasının 100 illiyi ilə bağlı tədbirlərdə iştirakının çox vacib olduğunu deyib.

www.ÇıxışYolu.Com