34b6646b-b539-4d80-b9f2-438f4b10569e..jpg

Mart-aprel aylarında Suraxanıda narkotikə görə 60 nəfər saxlanılıb – VİDEO

Baxış sayı: 812 dəfə baxılıb.

Mart-aprel aylarında Suraxanıda narkotikə görə 60 nəfər saxlanılıb – VİDEO

Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Hövsan, Yeni Günəşli,
Yeni Suraxanı və Əmircan qəsəbələrində keçirilən əməliyyatlar zamanı
narkotiklərin satışı ilə məşğul olan 7 nəfər – Seymur Rəşidov, Xəyal Sultanov,
İbrahim İbrahimov, Rəşad Məmmədov, Namin Bədəlov, Səməndər Şükürov və Mikayıl
Süleymanov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, həmin şəxslərdən ümumilikdə 10 kiloqramdan çox heroin,
marixuana və metamfetamin aşkar edilib.

Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran
vətəndaşlarından onlayn yolla paytaxt ərazisində satmaq məqsədilə əldə
etdiklərini bildiriblər.

Qeyd edək ki, Suraxanı rayonunda cari ilin mart və aprel aylarında keçirilən
əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən ümumilikdə
60 nəfər saxlanılıb. Onlar barəsində İdarənin İstintaq Şöbəsində araşdırmalar
aparılır. Həmin dövrdə Suraxanı rayonunda üzərində qanunsuz olaraq silah
saxlayan daha 2 nəfər də tutularaq istintaqa cəlb edilib. Onlardan 2 ədəd
“Kalaşnikov” markalı avtomat silah aşkar edilib.


Source link