410b2fe4-4bd7-404e-b65c-bbe410e3f22a..jpg

Masallı sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb – FOTO

Baxış sayı: 586 dəfə baxılıb.

Masallı sakinindən yeddi kiloqram narkotik vasitə aşkarlanıb – FOTO

Masallı sakinindən 7 kiloqram narkotik vasitə aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən xəbərə görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş
məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Bədəlan kənd sakini
Elməddin Hüseynov saxlanılıb.

Onun sərnişin kimi əyləşdiyi VAZ markalı avtomobilə keçirilən baxış zamanı
E.Hüseynova məxsus ayrı-ayrı bükümlərdə qablaşdırılan ümumilikdə 7 kiloqrama
yaxın marixuana aşkarlanaraq götürülüb.

İlkin araşdırma zamanı onun aşkarlanan narkotik vasitəni şəxsiyyəti istintaqla
araşdırılan İran vətəndaşı Səccad adlı şəxsdən əldə etdiyi müəyyən olunub.
Məhkəmənin qərarı ilə E.Hüseynov barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Masallı RPŞ-də araşdırma aparılır.

Source link