29a849cb-59cf-49b8-a7c2-d66206081dfb..jpg

Masazırda çirkab sularının gölə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + FOTOREPORTAJ

Baxış sayı: 839 dəfə baxılıb.

Masazırda çirkab sularının gölə axıdılması ilə bağlı RƏSMİ AÇIQLAMA –
YENİLƏNİB + FOTOREPORTAJ

Abşeronda çirkab suların gölə axıdılması ilə bağlı yayımlanan görüntülərə
Rayonun İcra Hakimiyyəti münasibət bildirib.

Abşeron Rayon İcra Hakimiyyətinini Sosial-iqtisadi inkişafın təhlili və
proqnozlaşdırılması şöbəsinin baş məsləhətçisi Əliyev FarizCixisyolu.com-a
açıqlamasında bildirib ki, rayon ərazisində əhalinin sıx məskunlaşması bəzi
problemlərin yaranmasına səbəb olur:

“Son 20 il ərzində rayonun yaşayış məntəqələri sürətlə böyüyüb, əhalinin sayı
artıb. Bu da öz növbəsində kommunal xidmətlər sahəsində bəzi problemlər
yaranmasına səbəb olub. Son dövrlərdə rayon ərazisində elektrik enerjisi və
təbii qaz təminatında problemlər ardan qaldırılıb, rayonun yeni yaşayış
məntəqələrində yeni yarımstansiyalar tikilmiş, elektrik enerjisi şəbəkələri
qurulmuş və yeni qazpaylayıcı məntəqələr inşa edilib. Abşeron rayonunda içməli
su və kanalizasiya şəbəkələrinin qurulması da diqqət mərkəzində saxlanılmış və
yeni xəttlər çəkilib. Belə ki, ötən il “Azərsu” Asc tərəfibndən 16690 p/m
uzunluqda su, 3450 p/m kanalizasiya xətləri çəkilib. Rayonda abadlıq, quruculuq
işləri də xüsusi önəm verilən sahələrdən biridir. Abşeron rayon İcra
Hakimiyyətinin təklif və təşəbbüsü ilə “Bakı Abadlıq Xidməti” MMC tərəfindən
Abşeron rayonunun bütün yaşayış məntəqələrini əhatə edən 88 küçədə ümumi
uzunluğu 110 kilometrə yaxın məsafədə küçə işıqlarının quraşdırılması işləri
artıq tamamlanıb. Rayonun kənd və qəsəbələrində küçə və yollar asfaltlanıb,
abad məhəllələr yaradılıb. Ötən müddət ərzində rayon ərazisində küçə və yollara
14 370 kubmetr qırma daş tökülərək yayılıb, 125 400 kvadratmetr asfalt örtüyü
vurulub. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən
Bakı-Şamaxı-Yevlax yolundan Aşağı Güzdək qəsəbəsinə və Pirəkəşkül kəndinə qədən
əsas yollar yenidən qurulub”.

Ə.Fariz Cixisyolu.com-da yayımlanan “Masazır çirkab suları gölə axıdılır”
fotoreportajıyla bağlı bildirib ki, sözügedən ərazi Masazır kəndindəki “Qız
gölü” adlanan ərazidədir:

“Hazırda bu ərazidə “Azərsu” ASC tərəfindən quraşdırılmış nasosxanadan çirkab
sular mərkəzi çirkab nasosxanasına vurulur. Həmçinin Masazır kəndində
mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsinin qurulması məqsədilə Dövlət
Proqramına uyğun olaraq “Azərsu” ASC tərəfindən layihə hazırlanmış və mərhələli
olaraq həyata keçiriləcəkdir. Həmçinin rayonun yaşayış məntəqələrində mövcud
olan problemlərin aradan qaldırılmasına, küçə və yolların abadlaşdırılması və
işıqlandırılmasına, mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin qurulmasına
köməklik göstərilməsi məqsədilə müvafiq mərkəzi icra hakimiyyəti orqanlarına
rəsmi müraciətlər edilib”.

15:32

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Azərsu” ASC
Abşeron rayonunda çirkab sularının gölə axıdılması ilə bağlı görüntülərə
münasibət bildirib.

“Azərsu”dan Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, Masazır
qəsəbəsinin Asif Həsənov küçəsində quruma məxsus mərkəzləşdirilmiş tullantı su
şəbəkəsi mövcud deyil:

“Həmin çirkab suları fərdi yaşayış evlərinin sakinləri tərəfindən fərdi və
primitiv qaydada xətlər çəkilərək, açıq kanallarla kənarlaşdırılır”.

14:36

Abşeron rayonunda çirkab suları gölə axıdılır.

Belə ki, rayonun Masazır qəsəbəsi, Asif Həsənov küçəsində kanalizasiya xətti
yoxdur.

Sakinlər də çirkab sularını kiçik arx vasitəsilə gölə axıdırlar.

PhotoStock.az ərazidən görüntülər lentə alıb:

Daha çox foto burada: PhotoStock.az

İlhamə Əbülfət

Source link