97a1e17a-f81c-4550-b16a-9810135c7e07..jpg

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

Baxış sayı: 838 dəfə baxılıb.

Media subyektlərinin məhsullarının təqdim edilməsi ƏDV-dən azad edilib

Media subyektləri (audiovizual media subyektləri istisna olmaqla) tərəfindən
istehsal olunan media məhsullarının təqdim edilməsi, habelə Azərbaycan
Respublikasında daimi nümayəndəlik yaratmayan qeyri-rezident şəxslər tərəfindən
media subyektlərinə (audiovizual media subyektləri istisna olmaqla) media
fəaliyyəti ilə bilavasitə bağlı olan işlərin görülməsi və xidmətlərin
göstərilməsi əlavə dəyər vergisindən azad edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi
Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla üç il
müddətində qüvvədə olacaq.

Source link