605c8ff5-975e-475d-8b2b-c21cd1d0de6e.png

Medvedev: “Trampı Kennedinin taleyi gözləyə bilər”

Baxış sayı: 205 dəfə baxılıb.

“Respublikaçı Donald Tramp ABŞ-də keçirilən prezident seçkisində qalib
gələrsə, sistemin qaydalarına əməl etməyə məcbur olacaq və Rusiya ilə Ukrayna
arasında münaqişəni dayandıra bilməyəcək”.

Cixisyolu.com RBC.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının
sədr müavini Dmitri Medvedev bildirib.

“O, müharibəni dayandıra bilməz. Nə bir gündə, nə üç gündə, nə də üç ayda. Və
həqiqətən cəhd etsə, o, yeni Kennedi ola bilər”, – deyə Medvedev qeyd edib.

Xatırladaq ki, Con Ficerald Kennedi 1961-1963-cü illərdə ABŞ-nin 35-ci
prezidenti olub və Texasda sui-qəsd nəticəsində öldürülüb.

Source link