1857f51d-2d29-49ae-a5dd-c3dec37f6d22..jpg

Mehdiabadda narkotik və silaha görə 3 nəfər saxlanılıb – VİDEO

Baxış sayı: 841 dəfə baxılıb.

Mehdiabadda narkotik və silaha görə 3 nəfər saxlanılıb – VİDEO

Mehdiabadda narkotiklərin satışı ilə məşğul olan və üzərində qanunsuz olaraq
odlu silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib 3 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinin
əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar nəticəsində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Asəf
Məmədov və Abbas Qafarov saxlanılıblar. Bu şəxslərdən ümumilikdə 7 kiloqrama
yaxın narkotik vasitə marixuana aşkar edilib. Onların Mehdiabad və ətraf
qəsəbələrdə narkotiklərin satışı ilə məşğul olduqları müəyyən edilib.

Bölmə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı üzərində
qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxs saxlanılıb. Polisə əvvəllər
məhkum olunmuş Elbəyi Əmirovda odlu silah gəzdirməsi və satmaq istəməsi barədə
əməliyyat məlumat daxil olub. Keçirilən tədbirlər nəticəsində həmin şəxs qısa
zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat,
4 ədəd patron, həmin silaha məxsus daraq və narkotik vasitə heroin aşkar edilib.

Faktlarla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar Abşeron Rayon
Polis İdarəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Source link