eb0bd115-1289-4568-9173-9c10819ee30e..jpg

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib – FOTO

Baxış sayı: 983 dəfə baxılıb.

Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını
təbrik edib – FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan
ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə o, “İnstagram” hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və
dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı
ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət,
hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah
etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN”.


View this post on Instagram

A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)

Source link