0e98ce99-ea73-4ed1-a07d-94de17c3cba1..jpg

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Baxış sayı: 934 dəfə baxılıb.

Mehriban Əliyevadan Türkiyəyə yardımla bağlı göstəriş

Fevralın 6-da Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş
zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın Birinci vitse-prezidenti
Heydər Əliyev Fondunun prezidentiMehriban Əliyevanın göstərişinə əsasən, Heydər
Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım göndərilir.

AZƏRTAC

xəbər verir ki, bununla əlaqədar olaraq, faciədən zərər çəkmiş şəxslər üçün
müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı
materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil
olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər çatdıracaq
xüsusi təyyarə Türkiyəyə yola düşəcək.

Türkiyəyə ezam edilən Fond əməkdaşları zəlzələ bölgəsində faciədən zərər
çəkmiş vətəndaşlara humanitar yardım çatdıracaq.

Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının
kədərinin bizim kədərimiz olduğunu qeyd etmiş, yaralananların və xəsarət
alanların tezliklə şəfa tapmasını arzulamışdı.

Heydər Əliyev Fondu Türkiyə xalqının üzləşdiyi faciə zamanı həlak olanların
doğmalarına və yaxınlarına bir daha dərin hüznlə başsağlığı verir, yaralılara
şəfa diləyir.

Source link