608f82d5-7d60-4608-9cea-62bf4d33032b..jpg

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb – FOTO

Baxış sayı: 728 dəfə baxılıb.

Mehriban Əliyevanın təşəbbüsü ilə iftar süfrəsi açılıb – FOTO

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aprelin
11-də Xəzər rayonunda iftar süfrəsi açılıb.

AZƏRTAC

xəbər verir ki, tədbirdə Qurandan ayələr oxunub, Azərbaycanın müstəqilliyi və
ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının əziz ruhuna dualar
edilib, Ramazan ayının fəzilətlərindən və savablarından danışılıb.

Vətən müharibəsi şəhidi Ramin Yusifzadənin anası Reyhan Yusifova, Aprel
döyüşlərinin və Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan zabit Emil
Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, aztəminatlı ailələrin
üzvlərinə, qazilərə diqqət və qayğısından danışıb, minnətdarlıqlarını
bildiriblər. Qeyd edilib ki, bu qəbildən olan şəxslər daim Prezidentİlham Əliyev
in və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar.
Belə tədbirlərin təşkili də məhz bu diqqət və qayğının, mənəvi dəstəyin bir
ifadəsidir.

Source link