4b65584e-1d1a-45ba-b13e-d01855c7577b..jpg

Mehriban Xanlarova: “Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub”

Baxış sayı: 615 dəfə baxılıb.

Mehriban Xanlarova: “Demirəm ki, Azərpaşa Nemətov aydan arı, sudan duru olub”

“Onunla çox yaxın, səmimi münasibətimiz olmayıb. Ancaq ölən insana sayğı
duymaq lazımdır. Bu, o demək deyil ki, Azərpaşa Nemətov aydan arı, sudan duru
olub. Yox… Hər bir insan kimi onun da yanlışları olub. Artıq dünyasını
dəyişib. Bundan sonra nə fayda?”

Bu sözləri Axsam.az-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib.
Aktrisa bir neçə gün əvvəl dünyasını dəyişən Xalq artisti, Akademik Milli Dram
Teatrının direktoru Azərpaşa Nemətovdan danışıb. Xanlarova onun vəfatından
sonra haqqında mənfi statuslar yazanlara səslənib:

“Bu ölümdən hər birimiz üçün var. Ölü insanın arxasınca danışmağa nə var? Sözü
olan həmin adamlar sağ olanda çıxıb ictimaiyyət qarşısında sözünü deyərdilər.
Bəziləri indi deyər ki, sağlığında şəxsən özünə deyənlər olub. Onlar anlamırlar
ki, kabinetdə demək ayrıdır, ictimaiyyət qarşısında demək ayrı”.

M.Xanlarova teatra yeni təyin olunacaq direktorla bağlı fikirlərini də bölüşüb:

“Bu vəzifəyə kim gəlirsə, gəlsin, əsas odur ki, problemlərimizi, içimizi bilən
adam olsun. Hazırda teatrımızın özündə elə adamlar var. Ən əsası isə hər kəsə
eyni gözlə baxan adam gəlsin. Öz adamlarını yanına yığıb, fərq qoymasın. Vəzifə
beş günlükdür. Öz şəxsi maraqlarını bir kənara qoyaraq xidmət etsin”.

Qeyd edək ki, Azərpaşa Nemətovun vəfatından sonra aktyorlar Hikmət Rəhimov,
Kamran Yunis onunla bağlı tənqidi statuslar paylaşıblar.

Azərpaşa Nemətov aprelin 9-da dünyasını dəyişib.

Source link