Meksikalı politoloq: “Erməni separatçı qruplarla sülh sazişinə nail olmaq mümkün deyil”

Baxış sayı: 422 dəfə baxılıb.

Meksikalı politoloq: “Erməni separatçı qruplarla sülh sazişinə nail olmaq
mümkün deyil”

“Erməni separatçı qruplarla sülh sazişinə nail olmaq mümkün deyil”.

Bunu “Report”a açıqlamasında meksikalı politoloq, “Gənc Diplomatlar”
təşkilatının prezidenti, Meksika Konqresinin keçmiş texniki katibi Maurisio
Tafoya deyib.

Onun sözlərinə görə, erməni separatçıların məqsədi Azərbaycanla Ermənistan
arasında danışıqları pozmaq və sülh sazişinin imzalanmasına əngəl törətməkdir:

“Onlar heç vaxt Azərbaycanla sülh sazişi əldə etməkdə maraqlı olmayıblar.
Erməni separatçılar hər zaman danışıqlarda irəliləyiş olmamasının yolunu
axtarır və elə buna görə də işləri “Laçın” sərhəd-buraxılış məntəqəsindəki kimi
təxribat törətməkdir. Bununla da ərzaq yardımı, təcili yardım xidmətlərinin
əraziyə keçidini əngəlləmək istəyirlər. Bu isə açıq şəkildə onların beynəlxalq
sərhəd qanunlarını pozduqlarını göstərir. Azərbaycanın isə onların qanunsuz
əməllərinin qarşısını almaq üçün Laçın yolunda post qurmağa tam haqqı çatır.
Çünki Qarabağ Azərbaycanın suveren ərazisidir”.

Ekspert bildirib ki, sərhəd-buraxılış məntəqəsinin qurulması Qarabağ
sakinlərinin tam təhlükəsizliyi üçün Azərbaycan ərazisində baş verənlərə
nəzarət etməyin ən yaxşı yoludur:

“Azərbaycanın addımları tam leqaldır və öz ərazisində qurduğu post
azərbaycanlıların, eləcə də dövlət sərhədləri daxilində yaşayan ermənilərin
təhlükəsizliyini qorumağa xidmət edir. Hər kəsə məlumdur ki, dəfələrlə
separatçı erməni qruplaşmaları Azərbaycanın suveren ərazisinə hərbi
silah-sursat, hətta hərbi qulluqçu keçirməyə çalışıblar. Bu gün isə onların
niyyəti media və bəzi insanları satın alaraq uydurduqları yalanı yaymaq və
nəticədə Azərbaycanın real düşmən kimi davrandığını göstərməkdir. Ermənistan
Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq istəyə bilər, lakin
reallıq odur ki, əsassız versiyalar irəli sürürlər. Bu gün Azərbaycan sülh
sazişi ilə bağlı danışıqlarda nəticə əldə etməkdə çox maraqlıdır, çünki Qafqaz
regionunda sabitlik istəyir, ancaq fikrimcə, bu erməni separatçı qruplarla sülh
sazişinə nail olmaq mümkün deyil”.

Source link