e4108aa6-9521-41bb-be4c-572e5eccaf21..jpg

Meqan Foks nişanlısından ayrıldı

Baxış sayı: 767 dəfə baxılıb.

Meqan Foks nişanlısından ayrıldı

Aktrisa Meqan Foks və ifaçı “Machine Gun” Kelli (Kolson Beyker) artıq
ayrı-ayrı evlərdə yaşayırlar.

Hələ 2023-cü ilin fevralında Foks və Kellinin ayrılmaları haqqında şayiələr
yayılıb.

Qeyd olunub ki, musiqiçi “Transformerlər”in ulduzunu gitara ifaçısı Sofi
Lloydla aldadıb.

Lakin aprel ayında cütlük Havay adalarına istirahətə yollanıb və paparassilər
onları çimərlikdə əl-ələ tutarkən lentə alıblar. Hərçənd, məzuniyyətdən
qayıtdıqdan sonra onlar yenidən münasibətlərində problemlərlə üzləşiblər.

Bildirilir ki, Meqan aprelin 22-nə təsadüf edən Kolsonun ad günündən bəri
ümumiyyətlə onun evində olmayıb. Şənlik polis tərəfindən dağıdılıb.

Xatırladaq ki, Meqan Foks və “Machine Gun” Kellinin yaxın münasibətləri barədə
ilk dəfə 2020-ci ilin iyununda məlum olub. 2022-ci ilin yanvarında onlar
nişanlandıqlarını elan ediblər.

Source link