bba5e08f-fb06-4912-bd3a-2fbe39602c9c..jpg

Metronun “Memar Əcəmi” stansiyasında sərnişin qatar yoluna düşdü

Baxış sayı: 774 dəfə baxılıb.

Metronun “Memar Əcəmi” stansiyasında sərnişin qatar yoluna düşdü

Bakı metrosunun “Memar Əcəmi” stansiyasında orta yaşlı kişi sərnişin stansiya
yoluna düşüb.

Cixisyolu.com-ın məlumatına görə, stansiyaya daxil olan qatarın maşinisti dərhal
qatarı saxlayıb.

Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin
təcili tibbi yardım çağırılıb.

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi
yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb.

Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Könül Cəfərli

Source link