Millimiz Dünya Kubokunda ikinci oldu - FOTO + VİDEO

Millimiz Dünya Kubokunda ikinci oldu – FOTO + VİDEO

Baxış sayı: 2. 866 dəfə baxılıb.

ABŞ-ın Ayova şəhərində keçirilən sərbəst güləş üzrə Dünya Kuboku yarışında millimiz II yeri tutub.

ÇıxışYolu.Com xəbər verir ki, B qrupunda Kuba, Qazaxıstan və Monqolustan millilərindən üstün olmuş millimiz finalda ev sahibi ABŞ-la üz-üzə gəlib.

Lakin daha hazırlıqlı olan ABŞ millimizə 6:4 hesabı ilə qalib gəlib. Bununla da amerikanlar son altı Dünya Kubokunun qalibi İranın bu turnirə qatılmamasından yararlanaraq 15 il sonra qalib olublar. Bu, onların qazandığı 14-cü Dünya Kuboku olub.

Qeyd edək ki, III yeri Yaponiya millisi tutub. Sonrakı sıralama bu qayda ilə gedib: Kuba, Gürcüstan, Monqolustan, Qazaxıstan, Hindistan.

Xatırladaq ki, sərbəst güləş yığmamız əvvəllər iki dəfə (2004-cü ildə Bakıda və 2009-cu ildə Tehranda keçirilmiş analoji turnirdə) Dünya Kubokunun qalibi olub. Yığmamız bununla da Dünya Kubokunda ikinci gümüş medalını qazanıb. Komandamız 2012-ci ildə ikinci dəfə Bakıda keçirilmiş Dünya Kubokunda da gümüş medallara sahib olmuşdu. Millimizin bundan başqa, daha 4 bürünc medalı var.

Səbuhi TOFİQOĞLU
www.ÇıxışYolu.Com