e48e7564-ac8c-4de5-8050-347f63119945..jpg

Mina terrorizmi: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə

Baxış sayı: 831 dəfə baxılıb.

Mina terrorizmi: Azərbaycan və Ukraynanı birləşdirən təhlükə

Genişmiqyaslı hərbi təcavüz nəticəsində Ukrayna dünyanın ən çox minalanmış
ölkəsinə çevrilib. Amma ona dost olan bütün dövlətlərdən yalnız Azərbaycan
oxşar problemlə üzləşib. Belə ki, Qarabağda Azərbaycan ərazilərinin minalanması
buradakı Rusiya sülhməramlı qüvvələrinin bu məsələyə göz yumması nəticəsində
davam edir.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın həftəlik “Focus” jurnalında dərc
olunan məqalədə deyilir.

Qeyd olunub ki, Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrdən
biridir:

“Onun bu təhlükəyə qarşı mübarizə təcrübəsi Ukrayna üçün həm beynəlxalq
arenada, həm də hüquqi müstəvidə faydalı ola bilər”.

Bildirilib ki, hazırda Ukrayna ərazisinin 30%-i minalar üzündən potensial
olaraq təhlükəli ərazi sayılır:

“Əslində, Ukraynanın Azərbaycanla bu aspektdə ortaqlığı təsadüfi deyil. Belə
ki, Ukrayna Moskvanın aqressiv ekspansiyası yolunda Avropanın qalasıdır.
Azərbaycan isə Avropa İttifaqının (Aİ) Rusiya təbii qazından imtinasını
kompensasiya edərək qitənin əsas enerji təchizatçılarından birinə çevrilib”.

Müəllif vurğulayıb ki, Azərbaycan hakimiyyəti 3 ildir beynəlxalq təşkilatlarda
mina problemini gündəmə gətirir, dünya ictimaiyyətinin diqqətini buna yönəldir
və minalardan zərər çəkmiş ölkələrin maraqlarını müdafiə edir:

“Məsələn, bu ilin aprelində Azərbaycan Prezidenti İlham Əliyev humanitar
minatəmizləmənin BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi olması təşəbbüsü ilə
çıxış edib və Minaların Təsirinə Məruz Qalmış Ölkələrin Həmfikirlər Qrupunun
yaradılmasını təklif edib”.

Qeyd edilib ki, Azərbaycanın bu məsələyə dair Beynəlxalq Ədalət Məhkəməsinə
müraciəti onun 2021-2023-cü illərdə bu sahə ilə bağlı hüquqi mübarizədə dəyərli
təcrübə qazanmasına səbəb olub.

Bundan başqa, müəllif xatırladıb ki, ötən ilin avqust-noyabr aylarında
Azərbaycanın Laçın rayonunun yaşayış məntəqələrində, yəni Ermənistan
qoşunlarının 30 illik işğaldan sonra döyüşsüz çıxdıqları ərazidə çoxlu sayda
mina tələləri aşkar edilib.

Qeyd edək ki, bu məqalə, həmçinin “Teleqraf”, “Gazeta”, “Kp.ua”, “Uainfo”,
“Prm.ua” kimi Ukrayna nəşrlərində dərc olunub.

Source link