4ea9149c-0624-4e01-87ff-6efc7ddfc612..jpg

Mingəçevirdə güclü yağış fəsadlar törətdi – YENİLƏNİB + FOTO

Baxış sayı: 666 dəfə baxılıb.

Mingəçevirdə güclü yağış fəsadlar törətdi – YENİLƏNİB + FOTO

Axşam saatlarında Mingəçevirə yağan qısamüddətli yağış şəhərdə ciddi sel
axınına səbəb olub.

“Report”un xəbərinə görə, sel suları şəhərin bütün küçə və prospektlərində
müşahidə edilib.

Şəhərin əsas mərkəzi prospektində avtomobillərin hərəkətində çətinlik yaranıb.
Qısamüddətli yağışdan sonra şəhərin elektrik təchizatında da fasilə yaranıb.

22:44

Goranboya güclü yağış, daha sonra isə dolu yağıb.

APA-nın məlumatına görə, bu gün saat 21 radələrində iri buz parçaları rayonun
Veysli kəndində müşahidə edilib.

Dolu 10 dəqiqəyə yaxın davam edib. Hələlik ziyanla bağlı məlumat yoxdur.

Qeyd edək ki, Qərb bölgəsində yağışlı hava şəraiti davam edir.

22:10

Qax rayonuna dolu yağıb, meyvə ağaclarına ziyan dəyib.

“Report”un məlumatına görə, bu gün axşam saatlarında yağan güclü yağış rayonun
Qazmalar, Oncallı, Tanqıt və Baydarlı kəndlərində dolu ilə müşahidə olunub.

Məlumata görə, təqribən 7-8 dəqiqə davam edən dolu meyvə ağaclarına ziyan
vurub.

21:48

Qəbələdə güclü leysan və dolu yağıb.

APA xəbər verir ki, dolu və leysan nəticəsində şəxsi təsərrüfatlara və meyvə
ağaclarına ziddi ziyan dəyib.

Qeyd edək ki, leysan və dolu 15 dəqiqə davam edib.

Source link