90d91093-e0ad-4cb4-8a68-9f11559b4793..jpg

Mingəçevirdə hotel ərazisində 47 yaşlı kişi öldü

Baxış sayı: 554 dəfə baxılıb.

Mingəçevirdə hotel ərazisində 47 yaşlı kişi öldü

Mingəçevirdə istirahət mərkəzində ölüm hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə şəhərdəki hotellərdən birinin ərazisində
yerləşən istirahət mərkəzində baş verib.

47 yaşlı Ağakişiyev Firayıl Vəkil oğlunun halı qəfil pisləşib. O, təcili tibbi
yardım maşını ilə xəstəxanaya aparılsa da yolda ölüb.

Qeyd edək ki, F. Ağakişiyev şəhid İlkin Ağakişiyevin əmisidir. Mərhum bir
müddət əvvəl xəstəxanada əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Source link