Misirdə 36 nəfərə ölüm cəzası verilib

Misirdə 36 nəfərə ölüm cəzası verilib

Baxış sayı: 2. 159 dəfə baxılıb.

İsgəndəriyyə Hərbi Məhkəməsi 2017-ci ildəki kilsə bombalamaları səbəbindən 36 nəfəri ölüm hökmünə məhkum edib.

ÇıxışYolu.Com xəbər verir ki, 2017-ci il aprel ayında  İsgəndəriyyə və Tantada olan iki kilsəyə keçirilən hücumlardan dolayı məhkum olunmuş 36 nəfərə ölüm cəzası verilib.

Məhkəmə Misir qanunlarına görə, 36 nəfərin edamı haqqında məlumatı qərara almazdan öncə müftiliyə göndərib.

Məlumatda qeyri-qanuni təşkilata üzv olan müttəhimlərin dövlət qurumlarının vəzifələrini yerinə yetirmələrinə mane olmaq və vətəndaşların şəxsi azadlığına hücum etmək kimi məsələlər qeyd olunub. Həmçinin məhkəmə müttəhimlərdən üç nəfəri partlayıcı maddə istehsalı, silah istifadə etməkdə günahlandırıb.

Qeyd edək ki, 2017-ci ilin aprel ayında  Tantada Corc Kilsəsinə və İsgəndəriyyədəki Marks Kilsəsində həyata keçirilən bombalı hücumda 46 nəfər həyatını itirib.

Hücumların məsuliyyətini İŞİD öz üzərinə götürüb.

.
www.ÇıxışYolu.Com