53b863e6-333f-4fa9-81e5-1f18b96e6662..jpg

MN: “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində təxribatının qarşısı alınıb” – VİDEO

Baxış sayı: 644 dəfə baxılıb.

MN: “Ermənistan silahlı qüvvələrinin Kəlbəcər istiqamətində təxribatının
qarşısı alınıb” – VİDEO

Avqustun 14-də saat 19:25 radələrində Ermənistan silahlı qüvvələrinin
bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində
yerləşən atəş mövqelərinin dəstəyi ilə Azərbaycan Ordusunun Kəlbəcər rayonunun
Mollabayramlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin qarşısında
təxribat məqsədilə mühəndis işləri görməyə cəhd göstəriblər.

Cixisyolu.com bu barədə Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Aparılan işlərin dərhal dayandırılması və atəş nöqtələrinin susdurulması
məqsədilə Ordumuzun bölmələri tərəfindən təxirəsalınmaz tədbirlər görülüb”, –
məlumatda vurğulanıb.


Source link