c9def2e4-8647-4291-a5a3-71fcb29536f6..jpg

MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat daşınmasına cəhdlər göstərilir” – VİDEO

Baxış sayı: 630 dəfə baxılıb.

MN: “Ermənistandan Azərbaycan ərazisinə canlı qüvvə və silah-sursat
daşınmasına cəhdlər göstərilir” – VİDEO

Azərbaycan Ordusunun bölmələrinin Laçın yolunun şimalındakı torpaq yolları
nəzarətə götürməsindən sonra Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni
erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər
hərbi təyinatlı vasitələrin daşınmasına və bu məqsədlə yeni keçid yollarının
müəyyən edilməsinə cəhdlər göstərilir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, aprelin 21-i səhər saatlarında
qeyri-qanuni erməni silahlı dəstələrinin döyüş mövqelərinə təminat vasitələrini
daşıyan hərbi avtomobil texnikasının növbəti dəfə Rusiya sülhməramlı
kontingentinin müşayiəti altında hərəkəti texniki vasitələrlə müşahidə olunub.

Bildiririk ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistan tərəfindən
canlı qüvvə, silah-sursat, o cümlədən minaların daşınması və bu xüsusda yeni
keçid yollarının müəyyən edilməsi cəhdləri Üçtərəfli Bəyanatın müddəalarının
kobud şəkildə pozulması ilə yanaşı bölgədə gərginliyin artmasına və ermənilərin
yeni təxribatlarına zəmin yaradır.


Source link